ABŞ MKİ-nin keçmiş rəhbəri Trampla bağlı yalan şahidlikdə ittiham olunur

ABŞ MKİ-nin keçmiş rəhbəri Trampla bağlı yalan şahidlikdə ittiham olunur






presstv

"Presstv"az #ABŞ, #ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, #Barak Obama, #Donald Tramp, #Ədliyyə Nazirliyi, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri, Barak Obamanın prezidentliyi dövründə bu vəzifəni tutmuş Con Brennanın Konqresə yalan ifadə verməsi ilə bağlı istintaqa cəlb oluna bilər.

presstvaz xəbər verir ki, bu barədə “Breitbart News” mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, MKİ-nin Analitik Direktoratının hesabatında Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı sənədin ciddi prosedur pozuntuları ilə hazırlandığı və siyasi motivli ola biləcəyi qeyd edilib.

Hesabatda xüsusilə Brennanın “Stil dosyesi” adlanan sənədin irəli sürülməsindəki rolu vurğulanır – bu sənəd Rusiya ilə o zaman ABŞ prezidentliyinə namizəd olan Donald Tramp arasında sövdələşmə barədə yoxlanılmamış və sonradan təkzib olunmuş iddiaları ehtiva edib. Dosye “Fusion GPS” şirkəti və Britaniyanın MI6 kəşfiyyatının keçmiş əməkdaşı Kristofer Stil tərəfindən Trampın rəqiblərinin sifarişi ilə tərtib edilib.

Mənbələrə görə, ABŞ Konqresində Brennanın bu hərəkətləri ciddi narahatlıq doğurub və məsələnin Ədliyyə Nazirliyi tərəfindən araşdırılması istisna edilmir.

Qeyd edək ki, ABŞ xüsusi prokuroru Robert Müller 2019-cu ildə yaydığı hesabatda Donald Tramp və Rusiya arasında sövdələşmə faktını təsdiqləmədiyini bildirib. Tramp və Moskva bu iddiaları dəfələrlə təkzib ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv