Azərbaycanla Özbəkistan dünya çempionatının keçirilməsi üçün birgə namizəd oldular

Azərbaycanla Özbəkistan dünya çempionatının keçirilməsi üçün birgə namizəd oldular






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Bakı, #Futbol, #Özbəkistan, #UEFA Avropa Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Özbəkistan 2027-ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər.

presstvaz xəbər verir ki, FIFA 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərin dəyərləndirilməsinə başlayıb. Futbol sahəsində həyata keçirilən fəal islahatlar, yaradılan infrastruktur və türkdilli ölkələrin artan beynəlxalq nüfuzunu nəzərə alaraq, Azərbaycan və Özbəkistan futbol federasiyaları səylərini birləşdirərək, turnirin keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər və bu mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə tam hazır olduqlarını ifadə ediblər.

Bildirilir ki, bu gün Azərbaycan Özbəkistanla birlikdə belə nüfuzlu yarışa ev sahibliyi etməyə tam hazırdır. Ölkəmizdəki bir sıra stadionlar beynəlxalq standartlara cavab verir. Azərbaycan son illərdə bir sıra böyük turnirlərin təşkilində əhəmiyyətli təcrübə qazanıb. Buraya AVRO-2020-nin bəzi oyunları, UEFA Avropa Liqasının final matçı, 17 yaşlılar arasında Avropa çempionatı, 17 yaşadək qızlar arasında dünya çempionatı daxildir. FIFA və UEFA rəsmiləri Bakıda keçirilən mötəbər turnirləri yüksək qiymətləndiriblər.

Qeyd olunur ki, Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də dünyanın müxtəlif ölkələrindən gələcək azarkeşlərin qəlbini qonaqpərvərliyi, peşəkar yanaşması, futbola olan sadiqliyi və əlbəttə ki, futbolsevərlərin səmimi sevgisi ilə fəth etməyə hazırdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv