Kilian Mbappe “Real Madrid”in tarixində ilkə imza atıb

Kilian Mbappe “Real Madrid”in tarixində ilkə imza atıb






presstv

"Presstv"az #"Real Madrid", #Borussiya Dortmund, #Fransa, #Futbol, #İspaniya, #İspaniya Superkuboku, #Kilian Mbappe, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Klublararası dünya çempionatının 1/4 finalında “Borussiya Dortmund”a qarşı keçirilən matçda (3:2) möhtəşəm qola imza atan “Real Madrid”in hücumçusu Kilian Mbappe indiyədək görünməmiş klub rekorduna imza atıb.

presstvaz xəbər verir ki, Mbappe bir mövsümdə “Real Madrid”in heyətində 7 müxtəlif turnirdə qol vurub. Bunu da indiyədək heç kim bacarmayıb.

Fransalı forvardın aktivində bütün turnirlərdə 58 matçda 44 qol var. O, La Liqada 31, Çempionlar Liqasında 7, İspaniya Kubokunda 2, həmçinin dörd turnirdə bir qol vurub: İspaniya Superkuboku, UEFA Superkuboku, klublararası dünya çempionatı və Qitələrarası Kubok.

Xatırladaq ki, Mbappe xəstəliyi səbəbindən 2025-ci il klublararası dünya çempionatının qrup mərhələsinin bütün oyunlarını buraxmışdı. Turnirin yarımfinalında “Real” fransalı futbolçunun keçmiş klubu PSJ ilə qarşılaşacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv