Məşhur gürcü iş adamı Georgi Ramişvili saxlanıldı

Məşhur gürcü iş adamı Georgi Ramişvili saxlanıldı






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Donald Tramp, #Gürcüstan, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Silk Road Group”, “Silknet” və “Euronews Georgia” da daxil olmaqla bir neçə böyük şirkətin təsisçisi və sahibi olan gürcü biznesmen Georgi Ramişvili saxlanılıb.

presstvaz-ın xəbərinə görə, ilkin olaraq “Pirveli” telekanalının yaydığı məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi də təsdiqləyib.

İdarənin Mətbuat Mərkəzinin məlumatına görə, Ramişvili Cinayət Məcəlləsinin 236-cı maddəsi – qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə maddəsi ilə saxlanılıb. İttiham iki ilədək həbs, cərimə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığını nəzərdə tutur.

Xatırladaq ki, 2024-cü il noyabrın 30-da – hökumət əleyhinə etirazların başlamasından iki gün sonra “Silknet” və “Silk Road Group” şirkətləri Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəklərini dəstəkləyiblər.

58 yaşlı Georgi Ramişvili telekommunikasiya bazarının liderlərindən olan “Silknet” şirkətinin müşahidə şurasının sədridir.

Ramişvili 2023-cü ildən ABŞ-nin sanksiyaları altındadır. O həmçinin Batumidə “Trump Tower” tikməyi planlaşdırırdı: layihə 2012-ci ildə Mixail Saakaşvilinin rəhbərliyi altında təqdim edilib, lakin sonradan tikinti dondurulub, 2016-cı ildə Donald Tramp ABŞ prezidenti seçiləndən sonra müqavilə pozulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv