Tacikistan prezidenti Xankəndiyə gedib

Tacikistan prezidenti Xankəndiyə gedib






presstv

"Presstv"az #Azərbaycan, #Beynəlxalq Hava Limanı, #Emin Əmrullayev, #Emin Hüseynov, #Füzuli, #Nəqliyyat, #Tacikistan, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndiyə gedib.

presstvaz   bu barədə “Report”a istinadən xəbər verir.

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gedib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

09:40

Tacikistan Prezidenti Emoməli Rəhmon Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv dövlətlərinin dövlət başçılarının iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.

presstvaz bu barədə Tacikistan prezidentinin rəsmi saytına istinadən məlumat yayıb.

Qeyd olunur ki, səfər zamanı Tacikistan respublikası prezidentini xarici işlər naziri, Tacikistan respublikası prezidentinin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət, nəqliyyat nazirləri və digər rəsmi şəxslər müşayiət edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv