Pezeşkian: “Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir”

Pezeşkian: “Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir”






presstv

"Presstv"az #Azərbaycan, #İran, #Məsud Pezeşkian, #Müharibə, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bizim ana dilimizdə təhsillə bağlı problemimiz var. Bunu danmaq düzgün deyil. İran Azərbaycanında özünü türk adlandıranlara xor baxmaq olmaz. Bu insanların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür”.

presstvaz “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Özlərinə başqa heç nə deyə bilməzlər, uydurma adlar isə qəbuledilməzdir. Onların ana dilində təhsili İranın həm milli, həm də beynəlxalq öhdəliyidir. İranın ayrılmaz bir parçası olan milyonlarla türkün ana dili olduğu üçün türkcə təhsil məsələsinə xüsusi yanaşmalıyıq.

Şəhriyarın danışdığı və yazdığı dil türkcədir, bu dildə şeir deyəndə əsəbiləşmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən parlaq simasıdır.

Ümumiyyətlə, türk, ərəb və bütün digər dillər İranın ayrılmaz sərvətidir. Son 12 günlük müharibə göstərdi ki, İranın milli sərvəti onun milli birliyidir. Ona görə də xalqın özünüifadəsi onun təbii haqqıdır”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv