Azərbaycanda rus dilini bu dil əvəzləyəcək

Azərbaycanda rus dilini bu dil əvəzləyəcək






presstv

"Presstv"az #Azərbaycan, #Çin, #Kamran Əsədov, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rus bölmələri artıq nə strateji, nə pedaqoji, nə də texnoloji baxımdan Azərbaycanın təhsil sistemində aktuallığını saxlayır. Bugünkü dünyada gələcəyin dili nə rus dilidir, nə də keçmişin ideoloji mirasıdır. Bizə bu gün – texnologiyanın, süni intellektin, rəqəmsal iqtisadiyyatın hökm sürdüyü bir dövrdə Çin dili lazımdır”.

presstvaz xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında qeyd edib.

Ekspert bildirib ki, Azərbaycan məktəblərində rus bölmələrinin saxlanması sadəcə keçmişə bağlılıq və inersiyadır:

“Amma Çin bölmələrinin yaradılması gələcəyə baxmaq, ticarət, innovasiya, enerji, mühəndislik, robot texnikası və beynəlxalq əməkdaşlıq üçün qapı açmaqdır. 2023-cü ildə dünyanın ən çox danışılan dili Çin dili olub. Çin bu gün dünya texnologiya bazarının 28%-nə sahibdir. Azərbaycan bu bazardan pay almaq istəyirsə, təhsil sistemini yenidən qurmalı, rus deyil, çinyönlü strateji model qurmalıdır.

Rus bölmələrinin yerini Çin bölmələri tutmalıdır. Çünki biri keçmişin yadigarıdır, digəri gələcəyin açarı.

Bu sadəcə dil məsələsi deyil – bu, strateji seçimdir. Texnologiya dövründə rus dilinə deyil, Çin dilinə investisiya etməliyik.

Gələcəyin bazarı Şərqdədir. Qərbi imitasiya edib Şərqi unudanlar gələcəyi itirir. Ona görə də Çin dili bölmələri açın, rus bölmələrini tarixə yollayın”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv