Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükə gözləyir

Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükə gözləyir






presstv

"Presstv"az #Ailə, #Həkim, #Həkim məsləhəti, #Kliniki Tibbi Mərkəz, #Səhiyyə Nazirliyi, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 99 nəfər yerləşdirilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, həmin şəxslərdən 37-si dərman, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i isə fosfor üzvi birləşmələrdən zəhərlənib. Ölüm halları isə əsasən sirkə turşusu və dərman zəhərlənmələri nəticəsində qeydə alınıb.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev Modern.az-a açıqlamasında dərman zəhərlənmələrinin əsas səbəblərinə toxunub. O bildirib ki, dərmanların həkim məsləhəti olmadan qəbulu ən təhlükəli faktorlardandır:

"İnsanlar çox vaxt hər hansı xəstəliyin əlamətlərini özbaşına dərmanlarla aradan qaldırmağa çalışırlar. Bu zaman dozalanma və istifadə qaydaları düzgün aparılmır. Analgetiklər, sedativlər, antibiotiklər və ürək dərmanları bu baxımdan xüsusi risk daşıyır. Belə dərmanlar həkim nəzarəti olmadan qəbul edildikdə zəhərlənmə və hətta orqan çatışmazlığına səbəb ola bilər".

Ekspert onu da diqqətə çatdırıb ki, zəhərlənmələrin mühüm bir hissəsi uşaqların ev şəraitində təsadüfən dərman qəbul etməsi ilə bağlıdır:

"Ailələrin dərmanları uşaqların əlçatan yerlərdə saxlaması bu halların sayını artırır. Eyni zamanda, bəzi hallarda saxta və ya keyfiyyətsiz dərman preparatları da ciddi fəsadlara yol açır. Apteklərdə və ya qeyri-rəsmi satış məkanlarında satılan bu preparatlar ya təsirsiz olur, ya da tərkibindəki maddə miqdarı düzgün tənzimlənmədiyindən zəhərlənməyə səbəb ola bilir. Buna görə də dərmanların yalnız rəsmi qeydiyyatdan keçmiş, lisenziyalı apteklərdən alınması tövsiyə olunur".

Zakir Quliyev əlavə edib ki, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər arasında çoxsaylı dərman preparatlarının eyni anda qəbulu da təhlükəli hesab olunur. Onun sözlərinə görə, bəzi dərmanlar bir-birinin təsirini artıraraq orqanizmə mənfi təsir göstərir və bu da nəticədə zəhərlənmələrə yol açır.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv