Ayxan Hacızadə Rusiya prezidentinin xüsusi nümayəndəsinə cavab verib

Ayxan Hacızadə Rusiya prezidentinin xüsusi nümayəndəsinə cavab verib






presstv

"Presstv"az #Ayxan Hacızadə, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Hadisə, #Hakim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “İnterfaks” agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı verdiyi şərhlər, Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması qəbuledilməzdir”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Rusiya prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi məsələsi ilə bağlı fikirlərinə dair şərhində deyib.

O bildirib ki, Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.

“Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran bu hadisələr fonunda mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı tam qanuni və adekvat addımdır. Rusiyanın mədəniyyət tədbirlərinin ləğvinin “Azərbaycanın mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdırdığı” barədə fikirlərə gəldikdə isə qeyd edək ki, Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksəksəviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur. Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ləğvinin ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük.

Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir”, – o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv