Meksikada krematoridə iki il əvvəl yandırılmalı olan 380 cəsəd tapılıb

Meksikada krematoridə iki il əvvəl yandırılmalı olan 380 cəsəd tapılıb






presstv

"Presstv"az #Meksika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meksika polisi Syudad-Xuares şəhərində krematoridə 381 cəsəd tapıb ki, onlardan bəziləri iki il əvvəl yandırılmalı idi.

presstvaz xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Krematoriyə yerləşdirilən, lakin yandırılmayan 381 cəsədimiz var”, – Çiuaua əyalət prokurorluğunun nümayəndəsi Eloy Qarsiya qeyd edib.

Cəsədlərin mumiyalaşdırıldığı və krematori boyu döşəmənin üstündə düzüldüyü bildirilir.

“Onları, sadəcə olaraq, bir-birinin üstünə, birbaşa yerə atıblar”, – deyə Qarsiya bildirib.

Onun sözlərinə görə, qurumun əməkdaşları mərhumların yaxınlarına külləri yox, başqa material veriblər.

Hüquq-mühafizə orqanları dəqiqləşdirirlər ki, cəsədlər arasında zorakı ölümlə həlak olanların olub-olmadığını müəyyənləşdirmək lazımdır, çünki Meksikada mütəşəkkil cinayətkarlıq geniş yayılıb, bundan əlavə, ölkədə məhkəmə-tibb sistemində böhran müşahidə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv