Danimarkalı qadınlar püşkatma ilə orduya çağırılacaqlar

Danimarkalı qadınlar püşkatma ilə orduya çağırılacaqlar






presstv

"Presstv"az #Danimarka

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Danimarkada silahlı qüvvələrə çağırış üçün yeni sistem tətbiq edilib. Yeniliyə əsasən, məcburi hərbi xidmətin qadınlara da şamil edilməsi nəzərdə tutulur.

presstvaz xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Parlamentin iyunun əvvəlində qəbul etdiyi qərara əsasən, artıq 18 yaşına çatmış bütün ölkə vətəndaşları bərabər şərtlərlə çağırış püşkatmasında iştirak edirlər.

Yeni sistemə əsasən, hər bir çağırışçıya 1-dən 36 000-ə qədər təsadüfi nömrə verilir. 1-dən 8 000-ə qədər rəqəmi olanlar kifayət qədər könüllü olmadığı halda, hətta sülh dövründə də çağırıla bilərlər. 8 000-36 000 nömrələri (sərbəst nömrələr adlanır) alanlar sülh dövründə xidmətdən azad edilir.

20 yaşlı könüllü Katrinin fikrincə, yeni sistem müasir reallıqları əks etdirir.

“İndiki vəziyyətdə bu lazımdır. Qadınların kişilərlə bərabər xidmət etməsi ədalətlidir”, – deyə o Kopenhagen yaxınlığındakı təlimlər zamanı qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv