Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq törədənlər barədə araşdırma aparılır

Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq törədənlər barədə araşdırma aparılır






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Hadisə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirən, həmyerlilərimizə qarşı vəhşilik və zorakılıq törədən Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları barədə araşdırmalara başlanılıb.

presstvaz APA-ya istinadla xəbər verir ki, araşdırmalar Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə regional idarəsinin birinci şöbəsi tərəfindən aparılır.

Azərbaycanlılara qarşı törədilən zorakılıq faktları və bu zorakılıqları törədən yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının törətdiyi əməllərin təhqiqatı gedir.

Təhqiqat və aparılan araşdırmanın təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları olduğu bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də yaydığı bəyanatda bu qəbuledilməz zorakılıq aktının araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Daha sonra Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılaraq, baş verən hadisə ilə bağlı ona kəskin etiraz bildirilib.

Qeyd edək ki, dünən Yekaterinburqda saxlanılan altı nəfərlə bağlı məhkəmə keçirilib. Onlardan üçü 22 günlük həbs cəzası alıb, qalan üç nəfər isə 3 gün müddətinə inzibati həbs edilib. Saxlanılanların heç biri özünü təqsirli bilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv