Laçında minadan təmizlənməmiş ərazidə YANĞIN

Laçında minadan təmizlənməmiş ərazidə YANĞIN






presstv

"Presstv"az #Hadisə, #Laçın rayonu, #Meşə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Laçın rayonunun Zabux kəndinin minadan təmizlənməmiş ərazisində baş verən yanğın söndürülüb.

presstvaz “Report”a istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.

Onun sözlərinə görə, Zabux kəndi ərazisində yanğın olması barədə məlumat saat 14:57-də daxil olub:

“Hadisə yerinə çatan Laçın rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi tərəfindən yanğın saat 16:11-də məhdudlaşdırılıb. Operativ müdaxilələr sayəsində “Azərişığa” məxsus iki transformator mühafizə olunub. Yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün canlı qüvvəyə müəyyən çətinliklər yaradıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv