AKF prezidenti: “Kontakt karate seminarı gənclərə çağırışdır”

AKF prezidenti: “Kontakt karate seminarı gənclərə çağırışdır”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Fərid Qayıbov, #Jurnalistlər, #Karate, #Sağlam həyat tərzi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bakıda təşkil olunan kontakt karate üslubları üzrə seminarın əsas məqsədi həmrəylik, birlik və gənclərə bir çağırışdır”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev jurnalistlərə açıqlamasında deyib.

O, seminarın üç üslub üzrə keçirildiyini söyləyib:

“Bu gün Kyokuşinkay Karate, Kosiki-Kudo Karate və Aşihara Karate üslubu üzrə yay seminarı təşkil olunub. Burada həm məşqçilər, həm təlimatçılar, həmçinin yeniyetmə və gənc idmançılar da iştirak edir. Təbii ki, məqsəd həm sağlam həyat tərzini təbliğ etmək, həm də yeni texnikaların nümayişi və fənlərin öyrənilməsidir.

Əsas məqsəd həmrəylik, birlikdir və gənclərə bir çağırışdır. Vətənpərvərliyin və gənclərin sağlam böyüməsində karatenin dəstəyi var. Eyni zamanda, bu idman növünün inkişafı baxımından belə seminarlar keçirilir. Fürsətdən istifadə edib Azərbaycan Karate Federasiyası, həmçinin seminarda iştirak edən idmançılar adından gənclər və idman naziri Fərid Qayıbova xüsusi təşəkkür edirəm. Nazirin burada iştirak etməsi gənclərə mesajdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv