Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Azərbaycan, #Hadisə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Sverdlovsk vilayətinin İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyatla bağlı birgə məlumat yayıb.

presstvaz bu barədə qurumların mətbuat xidmətlərinə istinadla xəbər verir.

Bildirilir ki, keçmiş illərdə törədilmiş cinayətlərlə bağlı aparılan istintaq çərçivəsində bir sıra tədbirlər həyata keçirilib.

“İstintaq Komitəsinin əməkdaşları tərəfindən vilayətin DİN Baş İdarəsinin əməkdaşları ilə qarşılıqlı fəaliyyət çərçivəsində və Rusiya Qvardiyasının Xüsusi Təyinatlı Çevik Reaksiya Bölməsi qüvvələrinin güc dəstəyi ilə kompleks tədbirlər həyata keçirilib. Bu tədbirlər Yekaterinburq şəhəri ərazisində əvvəlki illərdə baş vermiş bir sıra cinayətlərin istintaqı çərçivəsində keçirilib. Əməliyyat nəticəsində bir neçə şəxs saxlanılıb, onların yaşayış yerlərində axtarışlar aparılıb”, – deyə rəsmi məlumatda bildirilir.

Qeyd olunur ki, hazırda istintaq hərəkətləri davam etdirilir, saxlanılan şəxslərin istintaq olunan və digər cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.

O da vurğulanır ki, istintaqın mənafeyinə uyğun olaraq, əlavə məlumatlar bu mərhələdə açıqlanmır.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv