Azərbaycan millisinin baş məşqçisi: “Güləşçilərimizin nailiyyətlərindən razıyam”

Azərbaycan millisinin baş məşqçisi: “Güləşçilərimizin nailiyyətlərindən razıyam”






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Azərbaycan Güləş Federasiyası, #İdman, #İtaliya, #Sərbəst güləş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında sərbəst güləş üzrə Azərbaycan milli komandası böyük uğura imza atıb.

presstvaz xəbər verir ki, komanda yarışda 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda birinci yeri tutub.

Komandanın baş məşqçisi Namiq Quliyev bu nəticəni indiyə qədər əldə olunmuş ən böyük uğur kimi qiymətləndirib:

“İdmançılarımızın çıxışından tam razıyam. Qazandığımız medallar milli komandamızın bu yaş kateqoriyasında tarixi nailiyyətidir. İki qızıl, dörd gümüş və bir bürünc medal əldə etdik. Bu, bu günə qədər görülən işlərin nəticəsidir”.

Məşqçi, həmçinin bildirib ki, yarış zamanı yaranan çətinliklər dərhal Azərbaycan Güləş Federasiyası tərəfindən həll olunub:

“Federasiyamız bütün problemləri yerindəcə aradan qaldırdı. Yarış boyu hər hansı bir çətinlik yaşanmadı və nəticədə bu uğurlar gəldi. Qələbənin əsas səbəblərindən biri federasiyanın bizə göstərdiyi diqqət və dəstəkdir”.

Namiq Quliyev əlavə edib ki, bu yaş qrupunda idmançıların hazırlanması prosesində hər hansı ciddi çətinlik yaşanmır. Onun sözlərinə görə, əldə olunan nəticələr məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun birgə əməyi sayəsində mümkün olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv