Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb

Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb






presstv

"Presstv"az #Cinayət işi, #Ermənistan, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 27-si səhər saatlarında 30-a yaxın maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın iqamətgahına basqın edib.

presstvaz-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Miqran Poqosyan məlumat verib.

Arxiyepiskopun özü bildirib ki, həqiqətən də, onun iqamətgahına basqın cəhdi olub, lakin özü orada olmayıb.

Qeyd edək ki, bundan əvvəl yeparxiyanın rəhbəri arxiyepiskop Mikael Adjapaxyana qarşı hakimiyyəti ələ keçirmək üçün ictimai çağırışlar əlamətləri üzrə cinayət işi qaldırılıb.

Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi “Müqəddəs mübarizə” üzvlərinin Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlaması barədə məlumat yayıb. Hərəkatın lideri Baqrat Qalstanyanın və onun tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Elə həmin gün axşam saatlarında məhkəmə onları həbs edib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv