"Birbank" işlədənlər DİQQƏT: Virus aşkarlandı

"Birbank" işlədənlər DİQQƏT: Virus aşkarlandı






presstv

"Presstv"az #Bakı, #Çin, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin birinci rübündə 14 min "Birbank" istifadəçisinin smartfonlarında zərərli proqram təminatı aşkarlanıb.

Trend xəbər verir ki, bunu "Kapital Bank"ın İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Çingiz Səfərli bu gün Bakıda keçirilən "FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi"nin ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, "Kapital Bank" olaraq müştəri məsuliyyətində də onlara dəstək olurlar: "Tətbiq etdiyimiz yeni texnologiyalar vasitəsilə hər hansı bir zərərli proqram təminatı varsa, "Birbank"ın mobil tətbiqi radikal formada fəaliyyətini dərhal dayandırır və müştəriyə xüsusi alətlərlə bu zərərli proqramlardan qurtulmaq üçün yollar təklif edir. Beləliklə, biz 2025-ci ilin ilk rübündə 14 min müştəridə bu halı aşkarlamışıq. Həmin müştərilərimiz öz smartfonlarından zərərli proqram təminatını silə biliblər. Hazırda onlar normal qaydada "Birbank" tətbiqindən faydalana bilirlər".

"Bu halları, əsasən, "Android" cihazlarında müşahidə edirik. Hələ ki "iOS" əməliyyat sistemlərində belə bir hal ilə rastlaşmamışıq", – deyə Ç. Səfərli qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv