Bakıda skuterlərdən gələn təhlükə – Nə etməli?

Bakıda skuterlərdən gələn təhlükə – Nə etməli?






presstv

"Presstv"az #Avto, #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlərdə paytaxtda skuter qəzaları artıb. Ən sonuncu belə hadisə isə iki gün əvvəl baş verib.

"İçərişəhər" metrostansiyasının yaxınlığında maşınla skuter sürən yeniyetmə toqquşub. Yeniyetmə hadisə yerində ölüb.

Məsələ ilə bağlı Trend-ə danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, skuterlərin sayı artdıqca qəzaların da sayı artacaq:

"Elektrosamokatların iştirakı ilə qəzaların sayının artacağı proqnozlaşdırılırdı. Elə bu səbəbdən də ötən il ərzində Yol Hərəkəti Haqqında Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi. Elektrikli samokatlar kiçik elektrikli nəqliyyat vasitəsi kimi qanunvericilikdə təsbit edildi. Bu o deməkdir ki, həmin fərdi mobillik vasitələri sadəcə əyləncə vasitəsi olmaqdan çıxır və bir nəqliyyat vasitəsi kimi tanınır. Belə nəqliyyat vasitəsini idarə edən şəxslərin üzərinə məsuliyyət qoyulur. Onlar bilməlidir ki, elektrikli samokatla qayda pozduqda yaxud hansısa qəza törətdikdə onları 40 manatdan 150 manata qədər cərimə gözləyir".

Ekspert vurğulayıb ki,belə nəqliyyat vasitələrini idarə edən vətəndaşlarımızın bir qismi heç onun idarə olunması qaydalarını bilmirlər:

"Biz tez-tez rastlaşırıq ki, belə skuterlərdə bir yox, 2 nəfər hərəkət edir. Halbuki moped, velosiped və samokatlaqrda iki nəfərin hərəkət etrməsi qəti qadağandır. Onun sürücüsü əlavə sərnişin götürə bilməz. Sutkanın bütün saatlarında bu nəqliyyat vasitələrinin önündə və arxasında işıq olmalıdır, fənər yanmalıdır. Buna da riayət edilmir. Belə nəqliyyat vasitələri yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət etməlidir. Bunlara riayət edilmədiyi qəzaların sayının artdığını müşahidə edirik. Belə elementar qaydaları pozan vətəndaşlar yerindəcə cərimə olunmalıdır. Həmçinin bu nəqliyyat vasitələrinin sürəti şəhər mühitində azaldılmalıdır. Onların sürəti 15 kilometrdən çox olmamalıdır".

Nəqliyyat eksperti Aslan Əsədov isə Trend-ə bildirib ki, paytaxtda nəqliyyatın imkanları məhduddur. Buna görə də insanlar skuterlərə üstünlük verirlər:

"Bu gənclərin istifadə etdiyi vasitə kimi qəbul edilir. Bu nəqliyyat vasitəsini daha çox yaşı 30-a qədər olan gənclər istifədə edir. Əslində isə gənclər arasında da bu nqəliyyat vasitələrini idarə edə bilməyənlər var. Dünyanın müxtəlif ölkələrində bu nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur, ölkəmizdə isə olunmur. Bu təklifi səsləndirsək belə müsbət qarşılanmaz".

Bu nəqliyyat vasitələrinin bir mənfi cəhəti səssiz olmalarıdır:

"Bu vasitələr səssiz olduğu üçün qəzalar qaçılmaz olur. Toqquşma anında isə istifadəçilərin xəsarət alması ilə tez-tez qarşılaşırıq. Bunun qarşısını almaq üçün icarəyə götürülən skuterlərə onları ayırd etmək üçün spesifik səs quraşdırıla bilər. Bu zaman sürücülər və piyadalar da skuterin yaxınlaşdığını anlaya bilər"- A.Əsədov qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv