Ən çox nasazlıq yaşayan 3 etibarsız yolsuzluq avtomobili

Ən çox nasazlıq yaşayan 3 etibarsız yolsuzluq avtomobili






presstv

"Presstv"az #Avto, #avtomobillər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avtomobil sənayesində etibarlılıq hər modeldə yüksək səviyyədə deyil. Bəzi krossover və yolsuzluq avtomobilləri tez-tez texniki nasazlıqlarla üzləşir. 

presstvaz xəbər verir ki, "GOBankingRates" portalı bu qəbildən olan, ən çox nasazlıq verən avtomobillərin siyahısını təqdim edib.

"Land Rover Range Rover"

Bu model yüksək qiymətə malik premium sinif yolsuzluq avtomobili sayılır və lüks interyeri, zəngin texniki təchizatı ilə seçilir. Lakin avtomobil sığortası üzrə mütəxəssis Melani Mussonun sözlərinə görə, bu modeldə tez-tez məlumat-əyləncə sistemi, elektronika və pnevmatik asqı ilə bağlı problemlər meydana çıxır.

"Bu avtomobildə mühərriklə bağlı problemlər elə təmir tələb edə bilər ki, bərpa prosesi həftələrlə çəkir", deyə Musson bildirib.

"Volkswagen Taos"

Mütəxəssis bu krossoverin də etibarsız olduğunu vurğulayıb. Model mühərrik problemləri ilə tanınır, eyni zamanda elektron komponentlər və yanacaq sistemi ilə də nasazlıqlar baş verir. Musson qeyd edib ki, bu nasazlıqların aradan qaldırılması baha başa gələ bilər.

"Jeep Grand Cherokee"

Bu model yolsuzluq xüsusiyyətlərinə görə məşhur olsa da, etibarlılığı ilə bağlı ciddi suallar doğurur.

"Ümumilikdə, "Jeep" brendi tez-tez sıradan çıxan avtomobillərlə assosiasiya olunur. 'Grand Cherokee' modelinin müxtəlif buraxılış illərində fərqli texniki problemlər müşahidə olunub", deyə Melani Musson bildirib./hit.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv