Solo səyahətçilər üçün ən təhlükəli üç ölkə

Solo səyahətçilər üçün ən təhlükəli üç ölkə






presstv

"Presstv"az #Fransa, #Hadisə, #Meksika, #Paris, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Solo səyahət getdikcə daha populyarlaşır, lakin bu kateqoriyaya aid səyyahlar üçün ən vacib məsələlərdən biri səyahət zamanı təhlükəsizlikdir. Xüsusilə də qadınlar üçün. 

presstvaz xəbər verir ki, "TikTok"da səyahət bloqu işlədən amerikalı Savanna Krouell izləyiciləri ilə özünü ən az təhlükəsiz hiss etdiyi ölkələr barədə təəssüratlarını bölüşüb.

Səyyahın sözlərinə görə, ən böyük təhlükə əlamətini o, dünyada ən çox turist qəbul edən ölkə olan Fransaya verir. Savanna bu ölkədə qaldığı zaman başına gələn bir neçə narahatlıq verici vəziyyətdən şikayətlənib.

"Parisdə ilk solo səyahətim zamanı Luvrda "petisiyalı fırıldaqçılar" tərəfindən az qala aldadıldım", deyə qadın bildirib.

Bu insanlar özlərini xeyriyyə təşkilatlarının nümayəndələri kimi göstərir və turistlərdən hansısa xeyriyyə işi üçün pul almağa çalışırlar. Savanna şikayət edib ki, onlardan uzaqlaşmağa çalışdıqda bu fırıldaqçılar çox aqressiv davranmağa başlayıblar.

Başqa bir xoşagəlməz hadisə Fransız Rivyerasında gözəl bir şəhər olan Nitsada baş verib. Turist küçədə tək gəzərkən kolların arasında əlində ucu bizli çubuq olan bir kişi peyda olub və onu küçə boyunca təqib etməyə başlayıb, nəhayət çubuğu ona atıb və gülüb.

Savannanın xoşagəlməz təəssüratlar qaldırdığı ikinci ölkə Meksika olub:

"Bir dəfə çimərlikdə bir kişi ilə xoşagəlməz bir vəziyyət yaşadım. Oturub öz işimlə məşğul idim, o mənə çox yaxınlaşdı və çox narahat suallar verməyə başladı – məsələn, harada qaldığımı, nə qədər qalacağımı. Sadəcə çox yapışqan suallar idi və daxili səsim mənə deyirdi: "Mən bu vəziyyətdən çıxmalıyam".

Nəhayət, yapışqan çimərlik qonşusunun üzməyə getdiyi anı gözləyib, bütün əşyalarını götürüb və oradan qaçıb.

Qadın izləyicilərinə danışdığı üçüncü ölkə Nikaraqua olub – Sakit okean və Karib dənizi arasında yerləşən kiçik Mərkəzi Amerika dövləti. Savanna orada hər yerdə özünü narahat hiss edib:

"Görünürdü ki, küçədə hara getsəm, yanımdan keçən hər kişi bir şey deməli idi və ya səs salırdı – məni narahat edən bir şey"./Qaynarinfo 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv