İlham Əliyevin islamofobiyaya qarşı müraciəti BMT sənədi kimi yayılıb

İlham Əliyevin islamofobiyaya qarşı müraciəti BMT sənədi kimi yayılıb






presstv

"Presstv"az #Almaniya, #Avropa, #Azərbaycan, #Bakı, #Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, #Fransa, #İlham Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

presstvaz xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, müraciət BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi statusunda təşkilatın bütün üzv dövlətlərinə təqdim olunub. Bu fakt Prezident İlham Əliyevin islamofobiya ilə mübarizədə beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi önəmin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

Müraciətdə dövlət başçısı islamofobiyanın artmaqda olan təzahürlərinə diqqət çəkib, bu neqativ meyilin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət çağırışları ilə mübarizə birgə beynəlxalq səylərlə mümkün ola bilər.

BMT səviyyəsində bu müraciətin sənəd kimi tanınması Azərbaycanın multikulturalizm və dini həmrəyliyə əsaslanan siyasətinə verilən beynəlxalq dəstəyin daha bir təzahürüdür.

Qeyd edək ki, cari ilin 26-27 may tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.

İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan elmi konfransın xarici tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA – Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu da yer alıb.

Beynəlxalq elmi konfransa 40-a qədər ölkədən 200-ə yaxın iştirakçı – alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv