“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu






presstv

"Presstv"az #Səhiyyə Nazirliyi, #SİMA İmza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

SİMA yeni nəsil rəqəmsal imza “e-Səhiyyə” veb-portalı və eyniadlı mobil tətbiqə inteqrasiya edilib.

İnteqrasiya nəticəsində vətəndaşlar üçün bir çox səhiyyə xidmətlərinə onlayn əlçatanlıq təmin edilib. Artıq vətəndaşlar adıçəkilən portala və ya mobil tətbiqə “SİMA İmza” ilə daxil olaraq xəstəlik vərəqələri, tibbi arayışlar, reseptlər, epikrizlər, peyvəndlər, analizlər, müayinə nəticələrinin alınması və digər xidmətləri onlayn şəkildə əldə edə bilərlər.

Bundan başqa, donor olmaq üçün məsafədən müraciətlərin göndərilməsi də “SİMA İmza” vasitəsilə mümkün olub. Müraciəti Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəsmi saytında (odtkm.gov.az) formalaşdırmaq mümkündür.

Diqqətə çatdıraq ki, vətəndaşlar qeyd edilən elektron xidmətləri əldə etmək üçün əvvəlcə “SİMA İmza” ilə “digital.login” sisteminə daxil olmalıdır.

“SİMA İmza” haqqında

SİMA rəqəmsal imza “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” tətbiqinin endirilmə sayı 4.2 milyonu ötüb. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” tətbiqində qeydiyyat vətəndaşlar üçün ödənişsizdir. Ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv