İrəvan Moskvaya nota göndərdi

İrəvan Moskvaya nota göndərdi






presstv

"Presstv"az #Ararat Mirzoyan, #Ermənistan, #Hakim, #İrəvan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İrəvan Moskvaya nota göndərərək, Rusiyada bəzi hakimiyyət nümayəndələrinin erməniəsilli rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyanın işi ilə bağlı açıqlamalarını Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib”.

presstvaz-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İrəvan Rusiya mətbuatında, eləcə də siyasətçilər və deputatlar tərəfindən səsləndirilən bəyanatları nəinki Ermənistan və Rusiya arasında ənənəvi dostluğa zidd, həm də Ermənistanın daxili işlərinə birbaşa, açıq və müdaxilə, suverenliyimizə və demokratiyamıza qəsd hesab edir.

Nazir bildirib ki, İrəvan bu barədə rusiyalı həmkarlarını məlumatlandırıb. “Hesab edirəm ki, bu vaxta qədər rəsmi nota artıq öz ünvanına çatıb”, – deyə Mirzoyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar.

Ermənistanın istintaq orqanları Karapetyanı ölkədə hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv