KİV: “ABŞ yaxın 24-48 saat ərzində İrana qarşı hərbi əməliyyata qoşula bilər”

KİV: “ABŞ yaxın 24-48 saat ərzində İrana qarşı hərbi əməliyyata qoşula bilər”






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #İran, #İsrail, #Münaqişə, #Tehran, #Vaşinqton, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerika rəsmiləri hesab edirlər ki, yaxın 24-48 saat İran ətrafındakı vəziyyət üçün həlledici olacaq, çünki bu müddət ərzində Vaşinqtonun İsrailin hərbi əməliyyatlarına qoşulması ilə bağlı qərar verilə bilər.

presstvaz xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bu müddət ərzində Vaşinqton İranla münaqişənin diplomatik yolla həllinin mümkün olub-olmamasına, yaxud ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlara əl atmağa qərar verə bilər. Telekanalın mənbələrinin bildirdiyinə görə, ABŞ hələ də Tehranı danışıqlar masasına qaytara və uranın zənginləşdirilməsindən tam imtinanı nəzərdə tutan sazişi imzalamağa məcbur edə biləcəyinə inanır.

Bu ilin aprelindən İran və ABŞ Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün dolayı danışıqlar aparırlar. Yeni razılaşma əldə etmək üçün edilən bir neçə cəhddən sonra uranın zənginləşdirilməsi ilə bağlı fikir ayrılıqları səbəbindən məsləhətləşmələr kəsilmə təhlükəsi ilə üzləşdi. İki nümayəndə heyəti arasında danışıqların altıncı raundu iyunun 15-də Maskatda keçirilməli idi, lakin İsrailin İrana hücumundan sonra məsləhətləşmələr ləğv edildi.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar. Eskalasiya hələ də davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv