Yeni Zelandiya komandasının bəzi oyunçuları qeyri-adi səbəbə görə dünya çempionatına gəlməyiblər

Yeni Zelandiya komandasının bəzi oyunçuları qeyri-adi səbəbə görə dünya çempionatına gəlməyiblər






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Argentina, #Bavariya, #Futbol, #Məzuniyyət, #Yeni Zelandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni Zelandiyanın “Oklend Siti” klubunun baş məşqçisi Pol Poza bəzi futbolçuların işdə onlara məzuniyyət verilmədiyi üçün FIFA klublararası dünya çempionatı üçün ABŞ-yə gəlmədiyini bildirib.

presstvaz bu barədə “The Straits Times” nəşrinə istinadla xəbər verir.

“Bütün oyunçuların futboldan kənar işləri var. Onlar məzuniyyət götürməli oldular. Bəziləri həm Asiya Çempionlar Liqasında, həm də klublararası dünya çempionatında iştirak etməyə vaxt tapa bilmədilər” , – deyə o vurğulayıb.

Qeyd edək ki, “Oklend Siti” qrup mərhələsində Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika” və Argentinanın “Boka Xuniors” klubları bir qrupda yer alıb.

Klub ilk oyunda “Bavariyaya 0:10 hesabı ilə məğlub olub.

Xatırladaq ki, klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv