SAXAL: “200 İsrail qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib”

SAXAL: “200 İsrail qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib”






presstv

"Presstv"az #Hərbi Hava Qüvvələri, #İran, #İsrail, #İsrail Müdafiə Qüvvələri, #Qırıcı təyyarə, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox qırıcı təyyarə gecə ərzində İrandakı 100-dən çox hədəfə hücum edib.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) mətbuat xidmətindən məlumat verilib.

“Gecə ərzində Hərbi Hava Qüvvələrinə aid 200-dən çox qırıcı təyyarə dəqiq kəşfiyyat təlimatları əsasında bütün İran boyu 100-dən çox hədəfə, o cümlədən İranın yüksəksəviyyəli hərbi liderlərinin sığınacaqlarına hücum edib”, – deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, İsrail ordusu İran rejiminin ən yüksəkrütbəli hərbi komandirlərindən üç nəfəri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisini və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanını öldürüb.

“SAXAL İran rejiminin ən yüksəkrütbəli üç hərbi komandirini öldürüb: İran rejiminin silahlı qüvvələrinin baş qərargah rəisi, SEPAH komandiri və Fövqəladə Hallar Komandanlığının rəhbərini”, – deyə məlumatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv