Ağdaşda toyda qonağı döyən MÜĞƏNNİ SAXLANILDI – Hadisənin təfərrüatı

Ağdaşda toyda qonağı döyən MÜĞƏNNİ SAXLANILDI – Hadisənin təfərrüatı






presstv

"Presstv"az #Ağdaş rayonu, #Araşdırma, #Araşdırma aparılır., #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağdaş rayonunda toyda baş verən davanın təfərrüatları məlum olub.

presstvaz-ın məlumatına görə, hadisə rayon ərazisindəki “Ağ saray” restoranında baş verib. Toyda iştirakçı olan Namiq Hüseynov mahnı sifarişi üstündə müğənni Tural Hüseynovla mübahisə edib. Mübahisə nəticəsində N.Hüseynov müğənnini söyüb və restoranda dava düşüb. Nəticədə müğənni Tural Hüseynov və onun qardaşı, ansamblın üzvü Orxan Hüseynov Namiq Hüseynovu döyüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, müğənni və qardaşı saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.\oxu.az/

11:29

Ağdaşda toyda dava olub.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, hadisə Yuxarı Qəsil kəndində yerləşən şadlıq sarayında baş verib.

Toyda qonaq olan 64 yaşlı N.Hüseynovu musiqiçilər döyüblər. O, polisə müraciətində müğənni və onun qardaşı tərəfindən döyüldüyünü bildirib.

Məlumata görə, dava mahnı sifarişi üstündə yaranıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv