Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?

Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?






presstv

"Presstv"az #ABŞ, #Fransa, #Hadisə, #Kamran Əsədov, #Mobil telefon, #Orta məktəb, #Smartfon, #Sosial şəbəkələr, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların böyük əksəriyyəti smartfonlardan istifadə edirlər.

Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər tutmaq üçün onların məktəbə telefon aparmalı olduğunu düşünürlər. Şagirdlər isə dərsə qulaq asmaq əvəzinə telefonda müxtəlif oyunlar oynayır, sosial şəbəkələrdən istifadə edirlər.

Çox vaxt məktəbdə baş verən ən kiçik hadisələri belə dərhal çəkərək sosial şəbəkələrdə paylaşırlar. Maraqlıdır, bəs təhsil müəssisələrində telefonlardan istifadəni necə məhdudlaşdırmaq olar?

Təhsil eksperti Kamran Əsədov məktəblərdə şagirdlərə ağıllı cihazlardan istifadəni qadağan etməyi təklif edib:

“Mövcud qanunvericilik məktəblərin girişində şagirdlərdən mobil telefonlar və ağıllı cihazların toplanmasına imkan verir. Fransada və ABŞ-nin bəzi ştatlarında şagirdlərin mobil telefon və köməkçi vasitələrdən istifadəsi qadağan edilib. Birmənalı şəkildə biz də bunu tətbiq etməliyik. Hesab edirəm ki, məktəblərin girişində xüsusi şkaflar qurulmalı və hər kəs mobil telefonunu ora qoymalıdır”.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Sakinlərdən biri belə deyib:

“Valideyn və müəllim icazə verir, şagirdlər də istifadə edirlər. Ona görə də dərsdən yayınır, diqqətləri dağılır, oxuya bilmirlər”. Başqa bir sakin isə fikrini bu sözlərlə ifadə edib: “Mən övladıma orta məktəbi bitirənə qədər telefon almamışam. Amma indiki gənc valideynlər uşaqlara erkən yaşda telefon verirlər”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv