“OBA” marketlər şəbəkəsi “Best Managed Companies Azerbaijan 2025″in qalibi oldu

“OBA” marketlər şəbəkəsi “Best Managed Companies Azerbaijan 2025″in qalibi oldu






presstv

"Presstv"az #Audi, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu il “Deloitte” beynəlxalq audit şirkətinin təşkil etdiyi “Best Managed Companies 2025” proqramı çərçivəsində nüfuzlu mükafata layiq görülən “OBA” bu mükafatla həm ölkə daxilində, həm də regionda davamlı inkişaf və strateji idarəetmənin simvoluna çevrilib.

“Best Managed Companies 2025” proqramında qalib adını qazanan “OBA” marketlər şəbəkəsi bu mükafatla yalnız Azərbaycanın deyil, regionun da ən peşəkar idarə olunan şirkətlərindən biri olduğunu sübut edib. Rəsmi təltifetmə mərasimində mükafata layiq görülən “OBA” strateji idarəetmə, insan kapitalının inkişafı, maliyyə dayanıqlılığı və sosial məsuliyyət sahələrində nümayiş etdirdikləri qabaqcıl təcrübəyə görə “Best Managed Companies” statusuna layiq görülüb. Bu uğur – davamlı inkişaf, komanda ruhu və strateji idarəetmənin nəticəsidir.

30 ildən artıqdır 46 ölkədə tətbiq olunan sözügedən nüfuzlu proqram ölkəmizdə də yüksək idarəetmə və strateji inkişaf meyarlarına cavab verən özəl sektor təmsilçilərinin qiymətləndirilməsi məqsədi daşıyır.

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi mükafata ilk namizədliyini irəli sürdüyü ildəcə bu beynəlxalq mükafata layiq görülüb.

Mükafat “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim olunub.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi artıq üç ildən çoxdur ki, diskaunt market konsepsiyasından “qonşu market” modelinə keçid edib. Bununla yanaşı, tədarük zəncirinin keyfiyyətli idarə olunması üçün mərkəzi anbar sistemindən başlayaraq, istehsalçılarda keyfiyyət standartlarının tətbiqinədək bir sıra mühüm və məzmunlu layihələr həyata keçirilib. Eyni zamanda şirkət 2024-cü ilin göstəricilərinə görə pərakəndə sektorunda vergi ödəyiciləri arasında sıralamada 2-ci yerdədir.

2016-cı ildən fəaliyyət göstərən “OBA Market” MMC hazırda 1 600-dən çox marketi və 10 000-ə yaxın əməkdaşı ilə günlük 700 minə yaxın müştəriyə keyfiyyətli və qənaətli məhsulları ilə məmnunluqla xidmət göstərməkdən qürur duyur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv