Saç tökülməsinə qarşı iki təbii vasitə tapıldı

Saç tökülməsinə qarşı iki təbii vasitə tapıldı






presstv

"Presstv"az #Araşdırma, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #Günəş, #Saç tökülmə, #Saç tökülməsi, #Stres, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın "Rohto Pharmaceutical Co" dərman şirkətinin alimləri felledendron ağacı qabığı və qurudulmuş mandarin qabığının (Çinpi) ekstraktlarının kişilərdə saç tökülməsinə qarşı effektiv mübarizə apara biləcəyini müəyyən ediblər. 

presstvaz xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Araşdırma çərçivəsində alimlər plasenta artım faktoruna (PlGF) – dermal papilla hüceyrələri tərəfindən istehsal olunan zülalə diqqət yetiriblər. Bu zülal saç kökünün alt hissəsində saçın formalaşmasında əsas rol oynayır. Məqsəd onun istehsalını stimullaşdıra bilən bitki ekstraktlarını müəyyən etmək idi.

Laboratoriya şəraitində komanda bir sıra bitki komponentlərini sınayıb müəyyən edib ki, felledendron qabığı və Çinpi sitrusunun ekstraktları saç kökü hüceyrələrində PlGF səviyyəsini müvafiq olaraq 2.1 və 2.2 dəfə artırır. Alimlər izah ediblər ki, felledendron Asiyanın tropik ərazilərində bitən ağac, Çinpi isə günəşdə qurudulmuş mandarin qabığından ibarət ənənəvi Çin tibb komponentidir.

Növbəti mərhələdə alimlər əldə edilən məlumatlardan istifadə edərək həm kişilər, həm də qadınlar üçün saç tökülməsinə qarşı dərmanlar hazırlamağı planlaşdırırlar.

Təxminlərə görə, təkcə Böyük Britaniyada 15.4 milyondan çox insan müxtəlif formalarda alopediyadan (saç tökülməsi) əziyyət çəkir. Britaniya Dermatoloqlar Assosiasiyasının məlumatına görə, 50 yaşına çatdıqda kişilərin ən azı yarısı təbii səbəblərdən saçlarının bir hissəsini itirir. Saç tökülməsi həmçinin stress, xərçəng müalicəsi, dəmir çatışmazlığı və ya kəskin çəki itkisi ilə də bağlı ola bilər./hit.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv