Bu ziyarətgaha gedənlərə şad xəbər

Bu ziyarətgaha gedənlərə şad xəbər






presstv

"Presstv"az #Azərbaycan, #Culfa rayonu, #Naxçıvan Muxtar Respublikası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Əshabi-Kəhf" Ziyarətgah Kompleksində yeni tikinti işləri aparılacaq. 

presstvaz iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi hazırlıqlara başlayıb. 

Belə ki, Agentlik tikintisi planlaşdırılan Qonaq Evinin layihələndirilməsini və smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.

Qurum təkcə layihə və smeta sənədlərinin hazırlanmasına 275 min manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Məlumat üçün onu da bildirək ki, abidə kompleksində insanların rahat şəkildə ziyarətinin təşkili üçün lazımi şərait yaradılıb. Ötən il ziyarətgaha gedən yol təmir və bərpa olunub. 

Qeyd edək ki, "Əshabi-Kəhf" ziyarətgahı Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf" məhz Naxçıvandadır.

"Əshabi-Kəhf" ziyarətgahının adı ərəb dilindən götürülüb. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir.

"Əshabi-Kəhf" təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.

Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv