Tolikin uşağının anası görün kimdir? – özü açıqladı – VİDEO

Tolikin uşağının anası görün kimdir? – özü açıqladı – VİDEO






presstv

"Presstv"az #Ailə, #Sosial şəbəkələr, #Təhsil, #TikTok, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan müzakirələrə aydınlıq gətirib. Bir müddət öncə ata olduğunu ictimaiyyətə təntənəli şəkildə açıqlayan aparıcının ailə həyatı və övladının anası ilə bağlı suallar ictimai maraq doğurmuşdu.

presstvaz xəbər verir ki, həmkarları Aytən Səfərova və Nazilə Səfərli ilə birlikdə ‘TikTok’da canlı yayım zamanı Tolik bu məsələyə münasibət bildirib. O, övladını dünyaya gətirən xanımın Türkiyədə yaşadığını və onun daşıyıcı ana olduğunu açıqlayıb.

Aparıcının sözlərinə görə, qadınla arasında hər hansı romantik münasibət yoxdur və bu, yalnız surroqat analıq razılaşması çərçivəsində həyata keçirilmiş bir addımdır:
“Bacıma demişəm ona qəşəng geyimlər alsın. Çünki o mənim qızımın dayəsidir. O, gözəl olmalı, gözəl geyinməli, dırnaqları səliqəli olmalıdır. Axı mənim uşağıma baxır. Ana yoxdur. Türkiyədədir. Doğub mənə verib.

Bilirsiniz ki, mənim qızım necə xoşbəxt olacaq? Hər şeyim, evlərim, bağım onundur. Ağıllı və təhsilli olmasını istəyirəm. Görməmiş olmasın.

Mənim yaşım elə bir dövrdədir ki, 20-25 yaşında qız ala bilmərəm. Gərək alanda 35-dən yuxarı alım. O qadınların da dünyaya uşaq gətirməsi çətindir”.

Aparıcı evlənmək arzusunda olduğunu da açıqlayıb:

“Bu uşağa nə vaxtsa demək istəmirəm ki, anan yoxdur. Bəlkə sabah övladım məndən bunu soruşana qədər bir xanımla ailə quraram. O uşağın adını verərəm o xanıma, bilərəm ki, onun anasıdır. O qədər namuslu qadınlar var ki, bir dəfə ailə qurublar və boşanıblar, uşaqları yoxdur. Mənim anam da boşanıb. Məgər boşananlar hamısı pis olublar? Bəlkə o, gəlib mənim uşağıma elə bir ana olacaq ki, anasından da yaxşı olacaq.

Uşağın dayəsi 1500 manat alır. Hər gün gecə-gündüz bizdədir. Uşağın çoxlu xərci var. Onlayn platformalardan nə qədər oyuncaq sifariş etmişəm. Ancaq paltarı elə almıram. Bizim mağazalardan alıram”. (Yenisabah.az)

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv