Közərmə lampalarını satanları hansı cərimə gözləyir? – VİDEO

Közərmə lampalarını satanları hansı cərimə gözləyir? – VİDEO






presstv

"Presstv"az #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Közərmə lampalarını satanlar cərimələnəcək.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, növbəti ildən dükan və bazarlarda bu cür lampalara rast gəlməyəcəyik. Çünki bu məhsullar öz yerini enerji baxımından daha sərfəli olan led lampalara verəcək. Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, proses mərhələli şəkildə aparılacaq.

Nazirlik rəsmisinin sözlərinə görə, bu qadağada ən birinci və vacib məqsəd təhlükəsizlik və enerji sərfiyyatının azaldılmasıdır. Çünki közərmə lampaları qiymətdə ucuz olsa da, enerji və iqtisadi baxımdan səmərəsiz hesab edilir.

Qərarın qüvvəyə mindiyi tarixdən yəni, gələn ilin yanvarından bu qaydanı pozan sahibkarlara, hüquqi və vəzifəli şəxslərə cərimə tətbiq olunacaq. Közərmə lampası istifadə edən vətəndaşlar üçün isə cərimə nəzərdə tutulmayıb. Cəriməni tətbiq edəcək qurumun müəyyənləşməsi və digər mexanizmlər üzərində də iş gedir.

Videomaterialı təqdim edirik.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv