“Real Madrid” heyətini 18 yaşlı yarımmüdafiəçi ilə gücləndirib

“Real Madrid” heyətini 18 yaşlı yarımmüdafiəçi ilə gücləndirib






presstv

"Presstv"az #"Real Madrid", #Argentina, #Futbol, #İspaniya, #İspaniyanın, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın “Real Madrid” klubu Argentina təmsilçisi “River Pleyt”in futbolçusu Franko Mastantuononun transferini tamamlayıb.

presstvaz xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin məlumatına görə, 18 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer məbləği 45 milyon avro təşkil edəcək.

Futbolçu ilə Madrid nəhəngi arasında 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə tam razılaşdırılıb.

Daha əvvəl mediada Mastantuononun PSJ-nin heyətinə qoşulacağı bildirilirdi. Argentinalı futbolçunun fransız nəhəngi ilə ilkin razılıq əldə etdiyi və 2026-cı ildə bu kluba keçməli olduğu iddia edilirdi.

Qeyd edək ki, Franko Mastantuono 2019-cu ildən “River Pleyt”dədir. Əsas komandada isə 2024-cü ilin əvvəlindən çıxış edir. Bu müddət ərzində o, 61 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv