“Norm” ASC “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı razılaşma imzalayıb

“Norm” ASC “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı razılaşma imzalayıb






presstv

"Presstv"az #Azərbaycan, #Azərenerji, #Bakı, #Cəbrayıl, #COP29, #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Energetika Nazirliyinin Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsinə dair İnvestisiya Sazişi çərçivəsində “Enerso Cəbrayıl” şirkəti tərəfindən bir sıra razılaşmalar imzalanıb. Bakı Enerji Həftəsində, 2 iyun tarixində əldə olunan razılaşmalardan biri – Balanslaşdırma Müqaviləsi “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “Norm” ASC-nin Maliyyə və strategiya üzrə baş icraçı direktor müavini Elvin Mirzəyev və “Enerso Cəbrayıl” MMC-nin direktoru Eldar Məmmədzadə tərəfindən imzalanıb. Belə ki, “Norm” ASC günəş enerjinin alıcısı qismində çıxış edəcək və bu da şirkətin dekarbonizasiya hədəfləri çərçivəsində yaşıl enerjiyə keçidini sürətləndirəcək.

“Bu razılaşmaya qoşulmaq, “Norm” olaraq, COP29-da ictimaiyyətə elan olunan 2050-cı il xalis sıfır karbon emissiyası hədəflərinin reallaşdırılmasına doğru tərəfimizdən atılan mühüm addımdır. Belə ki, Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının üzvü kimi, 2050-ci il Xalis Sıfır Yol Xəritəsinə uyğun olaraq, atacağımız addımlardan biri alternativ enerjidən istifadə ilə sənayenin dekarbonizasiyasına töhfə verməkdir”, – deyə, Elvin Mirzəyev qeyd edib.

50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyasında hər il təxminən 110 milyon kilovatt-saat ekoloji təmiz elektrik enerjisinin istehsal ediləcəyi gözlənilir.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan “NEQSOL Holding”in tərkibinə daxildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv