Tramp: “ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək”

Tramp: “ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək”






presstv

"Presstv"az #ABŞ, #Avto, #Co Bayden, #Donald Tramp, #İran, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası nüvə proqramı ilə bağlı potensial razılaşma çərçivəsində Tehrana uranı zənginləşdirməyə icazə verməyəcək.

presstvaz-ın xəbərinə görə, bu barədə Tramp “Truth Social” səhifəsində yazıb.

“Avtopero” (ABŞ-nin keçmiş prezidenti Co Bayden – red) İranda uranın zənginləşdirilməsini çoxdan dayandırmalı idi. Potensial razılaşmamıza əsasən, biz uranın hər hansı zənginləşdirilməsinə icazə verməyəcəyik!” – deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl “Axios” portalının yazdığına görə, ABŞ-nin İrana nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli yolları ilə bağlı təklifləri Vaşinqton rəsmilərinin bu məsələ ilə bağlı ictimaiyyətə açıqladığı bəyanatların əksinə olaraq, Tehranın uranın zənginləşdirilməsini davam etdirməsini nəzərdə tutur. Portalın məlumatına görə, Vaşinqtonun mayın 30-da Tehrana göndərdiyi təkliflər İran tərəfinin uranın məhdud, aşağı səviyyədə zənginləşdirilməsi ilə məşğul ola biləcəyi və bu dövrdə davamlılıq müddətinin müəyyən ediləcəyi ilə bağlı fikir irəli sürülür.

Bildirək ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada İranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçiriblər. Tərəflər arasında vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi yekun olmasa da, müəyyən irəliləyişin əldə edildiyini nəzərə çatdırıb. İranın xarici işlər naziri Abbas Əraqçi məsləhətləşmələrin yekunlarına əsasən bəyan edib ki, Tehran və Vaşinqton daha 1-2 görüşdə müsbət nəticə əldə olunacağına ümid edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv