Avstriyada tarixçinin yerin altından tapdığı qutu İkinci Dünya müharibəsinə dair rəvayəti təsdiqlədi

Avstriyada tarixçinin yerin altından tapdığı qutu İkinci Dünya müharibəsinə dair rəvayəti təsdiqlədi






presstv

"Presstv"az #ABŞ, #Avstriya, #Hadisə, #Macarıstan, #Müharibə, #Sərəncam, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstriyada İştvan Sebenyi adlı macar tarixçisinin yerin altından tapdığı köhnə qutu tarixi əhəmiyyət kəsb edib.

Belə ki, qutuda 10 min Macarıstan əsgərinin xilas edilməsi ilə bağlı İkinci Dünya müharibəsinə dair rəvayəti təsdiqləyən sənədlər olub.

presstvaz bildirir ki, bu barədə “Need To Know” nəşri yazıb.

Tarixçi qutunun yerini daha əvvəl tapdığı məktubdan öyrənib. Məktub onu bir vaxtlar qalanın olduğu Haaq rayonuna aparıb. Basdırılmış qutunun içərisində sərəncamlar, əməliyyat hesabatları və xəritələr olub.

Rəvayətə görə, 1945-ci ildə qalanı tutan macar əsgərləri sovet qoşunlarının hücumunu gözləyirdilər. Onlar əsir götürüləcəklərinə əmin idilər və hansısa çıxış yolları axtarırdılar.

Problemi macar polkovniki Layoş Malanotti həll edib. O, köhnə dostu – ABŞ-li general Corc Pattona müraciət edib və SSRİ-nin əlinə düşməmələri üçün onun əsgərlərini əsir götürməsini xahiş edib. Patton razılaşıb.

Son vaxtlara qədər bu rəvayətin etibarlı təsdiqi yox idi. Sebenyinin fikrincə, onun tapıntısı rəvayətin real hadisələrə əsaslandığını göstərib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv