Zelenski Ukrayna əsgərlərinin Kurska daxil olduqlarını açıqladı: Çıxış üçün şərtləri dilə gətirdi

Zelenski Ukrayna əsgərlərinin Kurska daxil olduqlarını açıqladı: Çıxış üçün şərtləri dilə gətirdi






presstv

"Presstv"az #Kursk, #Müharibə, #Münaqişə, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Silahlı Qüvvələrinin yenidən Kursk vilayətinin ərazisində olduğu iddia edilir.

presstvaz-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Onun sözlərinə görə, ukraynalı hərbçilər bu dəfə fərqli istiqamətdən – Tetkino yaşayış qəsəbəsi tərəfdən Rusiyanın sərhəd bölgəsinə nüfuz etməyə nail olublar. Zelenski əmin etdi ki, Ukrayna Silahlı Qüvvələri burada yaxşı irəliləyişlər əldə edib.

Ukrayna lideri həmçinin əsgərlərin Kursk sərhəd bölgəsindən çıxarılması şərtini də açıqlayıb. O bəyan edib ki, Moskva münaqişəyə son qoymaq istəyini bildirdikdə və ya atəşkəslə razılaşdıqda, Ukrayna Silahlı Qüvvələri ələ keçirdikləri Rusiya ərazilərini tərk edəcək.

“Bir istiqamətdən çıxdıq (Sudji – red.) digər istiqamətə (Tetkino – red.) girdik. Rusiyalılar müharibəni bitirmək və ya heç olmasa atəşi dayandırmaq qərarına gələnə qədər biz oradayıq”, – deyə Zelenski qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv