Zukerberqin Trampla münasibətləri yaxşılaşdırmaq cəhdləri üzə çıxdı

Zukerberqin Trampla münasibətləri yaxşılaşdırmaq cəhdləri üzə çıxdı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Avropa, #Dollar, #Donald Tramp, #Kitab, #Paris, #Süni intellekt, #Vəzifə, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Meta”nın qurucusu Mark Zukerberq Respublikaçı Donald Trampın qələbəsi ilə uzun illər ərzində məhrum olduğu prezidentlə birbaşa əlaqəni bərpa edib.

presstvaz xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Noyabr ayından bəri Zukerberq yeni Prezident Donald Trampla münasibətləri yaxşılaşdırmağa çalışır. O vaxtdan bəri onunla bir sıra görüşlər keçirib və Trampın Floridadakı Mar-a-Laqo iqamətgahına bir neçə səfər edib. Zukerberq yanvar ayında “Meta”nın 1 milyon dollar bağışladığı prezidentin andiçmə mərasimi üçün digər texnologiya rəhbərləri ilə birlikdə Kapitoli rotondasında oturub.

Fevral ayında Zukerberq diqqətini ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə ünsiyyətə yönəldib. Həmin vaxt Vens süni intellekt sammiti üçün Parisə gedib və Zukerberq ondan Avropa liderlərinə onların tənzimləyicilərinin “Meta” ilə ədalətsiz davrandığını, süni intellekt məhsullarının tətbiqini çətinləşdirdiyini çatdırmasını istəyib. Vens Zukerberqi dinləyib və bu mövqeyini avropalı tərəfdaşlarına çatdırıb.

Prezidentlə isə hər şey daha qəliz olub. 2024-cü il kampaniyası zamanı Tramp onu “Zuckerbucks” adlandırmışdı. O, heç bir dəlil olmadan Zukerberqin seçki saxtakarlığında əli ola biləcəyini iddia edib və həbsxanaya düşə biləcəyini bildirib. Tramp yazdığı və sentyabrda nəşr olunan kitabda da Zukerberqi həbslə hədələyib.

Buna baxmayaraq, Tramp Ağ Evə qayıtdıqdan sonra Zukerberq Trampın müttəfiqi olan “Ultimate Fighting Championship”in baş direktoru Dana Uaytı “Meta”nın idarə heyətinə təyin edib, respublikaçı strateq Coel Kaplanı qlobal məsələlər üzrə baş məsul vəzifəyə irəli çəkib.

Aprelin 15-də ABŞ Federal Ticarət Komissiyası “Meta” korporasiyasını inhisarçılıqda ittiham edərək, “Instagram” sosial şəbəkəsini və “WhatsApp” mesencerini məcburi satmaqla hədələyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv