Rusiyanın Ukrayna ilə bağlı memorandumunda hansı məsələlər yer alacaq? – Zaxarovadan AÇIQLAMA

Rusiyanın Ukrayna ilə bağlı memorandumunda hansı məsələlər yer alacaq? – Zaxarovadan AÇIQLAMA






presstv

"Presstv"az #İstanbul, #Kiyev, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya Ukrayna ilə bağlı memorandum üzərində hazırlığı davam etdirir. Memorandumda nizamlanmanın prinsipləri və mümkün müddətləri göstəriləcək”.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı məlumat verib.

“Rusiya gələcək sülh sazişi ilə bağlı memorandum layihəsinin hazırlığını davam etdirir və burada nizamlanma prinsipləri, sülh sazişinin bağlanması üçün müddətlər və müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə potensial atəşkəs kimi bir sıra mövqelər müəyyən ediləcək”, – deyə Zaxarova bildirib.

“Memorandum hazır olan kimi Kiyevə təhvil veriləcək. Ümid edirik ki, Ukrayna tərəfi də eyni işi görür və Rusiyadan sənədin alınması ilə eyni vaxtda öz baxışlarını bizə göndərəcək”, – deyə o vurğulayıb.

Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında danışıqların birinci raundu baş tutub. Görüşdən sonra Moskva və Kiyev “1000-in 1000-ə” formatında məhbus mübadiləsi, gələcək mümkün atəşkəslə bağlı baxışların ətraflı təsviri və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski Rusiyanın görüşün nəticəsindən razı qaldığını qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv