Bu bitkiyə toxundu, kəkələməyə başladı – Hər evdə var – DİQQƏT

Bu bitkiyə toxundu, kəkələməyə başladı – Hər evdə var – DİQQƏT






presstv

"Presstv"az #Ailə, #Hadisə, #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi ev bitkilərinin gözoxşayan görüntüsünün arxasında ciddi sağlamlıq riski dayana bilər. Xüsusilə son günlərdə sosial mediada böyük maraqla qarşılanan hadisə bu riski bir daha gündəmə gətirib.

presstvaz xəbər verir ki, Bursada yaşayan  Meryem Can adlı qadın evində uzun illər bəzək məqsədilə saxladığı “ağlayan çiçək” kimi tanınan “Dieffenbachia” bitkisi ilə təmasdan sonra danışa bilmədiyini açıqlayıb.

Hadisə zamanı bitkini düzəltmək istəyərkən gövdəsinin qırıldığını və içindən çıxan mayenin üz və ağız nahiyəsinə sıçradığını bildirən Can qısa müddətdə dilində yanma və kəkələmə yaşadığını, danışmaqda çətinlik çəkdiyini deyib:

“Əvvəlcə aloe veraya bənzədiyi üçün narahat olmadım. Ancaq dilimdə güclü yanma hiss etdim. Suyu udmadım və dərhal xəstəxanaya gəldim. Həkimlər də bu hadisəyə təəccübləndilər” .

Həkim müdaxiləsindən sonra vəziyyəti stabilləşən Can “Əgər bu mayeni udmuş olsaydım, nəticələr daha ağır ola bilərdi,” deyərək, xüsusilə ailələri və ev heyvanı sahiblərini ehtiyatlı olmağa çağırıb.

Tropik bölgələrdən gələn və ev dekorasiyasında geniş istifadə olunan “Dieffenbachia bitkisi” böyük və rəngarəng yarpaqları ilə seçilir. Lakin bu bitkinin gövdə və yarpaqlarında kalsium oksalat kristalları mövcuddur. Bu mikroskopik, iynə formalı kristallar ağız, boğaz və dəri ilə təmasda olduqda qıcıqlanmaya, şişkinliyə və hətta nitq pozğunluğuna səbəb ola bilər.

Mütəxəssislər qeyd edir ki, bu cür dekorativ bitkilərin təhlükəsizliyi ilə bağlı cəmiyyət daha çox məlumatlandırılmalıdır. Gözəl görünüş aldadıcı ola bilər – təhlükə bir anın içində ortaya çıxa bilər. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv