İlhamə Quliyeva kimin həyat yoldaşı olub? – sənətkar haqda maraqlı faktlar

İlhamə Quliyeva kimin həyat yoldaşı olub? – sənətkar haqda maraqlı faktlar






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bakı, #Fəxri xiyaban, #Lənkəran, #Məcburi köçkün, #Müharibə, #Orta məktəb, #Rusiya, #Şəki, #Şöhrət ordeni, #Təhsil, #Universitetlər, #Vəfat edib, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xalq artisti İlhamə Quliyeva haqqında materialı təqdim edirik.

İlhamə Quliyeva harada anadan olub?

presstvaz xəbər verir ki, İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda doğulub. Atası prokuror Məzahir Quliyev, anası xanəndə Tükəzban İsmayılovadır.

Atasının işi ilə əlaqədar 5 yaşına qədər Şəkidə yaşayıblar. Lakin az müddətdən sonra onun valideynləri ayrılır. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur.

1-ci sinfə Bakıda gedən İlhamə Quliyeva eyni zamanda fortepiano ifaçılığı üzrə təhsil almağa başlayır.

İlhamə Quliyevanın ailəsi

O, doğma atası və atalığı haqqında müsahibələrinin birində belə deyir:

"Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordeni təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".

O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəyir, ancaq Tükəzban xanım da, Həbib müəllim də qəti şəkildə etiraz edirlər.

İlhamə Quliyeva 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur.

Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu kollektivə dəvət edir.

1963-cü ildə Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır. 1964-cü ildə Moskvadakı universitetlər arası ümumittifaq gənc istedadlar müsabiqəsində iştirak etmək üçün Moskvaya gedir. Anası Tükəzban xanım elə bilir ki, qızı festivala tamaşaçı kimi gedib. Orada Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "İlk görüş" mahnılarını ifa edir və yarışmanın qalibi olur.

1972-ci ildə, Moskvada keçirilən Azərbaycan bəstəkarlarının gecəsindən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Və beləcə "Mən səni araram", "Göygöl", "Gülür ellər", "Gülərəm gülsən", "De görüm, neyləmişəm" kimi mahnılar bəstələnir.

İlhamə Quliyeva kiminlə evli olub?

İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurur. Ancaq bu evliliyin ömrü çox qısa olur. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.

Sənətçi Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin sözlərinə mahnı oxuyub.

İlhamə Quliyevanın dediyinə görə, uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edib, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.

İlhamə Quliyevanın kimi övladlığa götürüb?

Müğənni xalasının nəvəsi Orxan adlı oğlanı oğulluğa götürür, ona öz övladı kimi baxır, toyunu edir. Lakin müğənninin ölümündən sonra İlhamə xanımın qohumları ilə Orxan arasında miras davası baş qaldırır və məlum olur ki, İlhamə Quliyevanın tək varisi oğulluğu deyil.

Deyilənə görə, müğənninin Flora adlı qız övladı olub. Flora ilə 13 saylı məktəbdə, bir sinifdə oxuyan, hazırda Rusiyada yaşayan Gülzar Vəliyeva xatırlayır:

"Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə "B" sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma bu haqda danışmaq istəmirdi.

Çünki anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdırsa, məni övladlığa götürərdi.

Mənim bildiyimə görə, həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım bildiyimə görə, Yasamal rayonu ərazisindəki qəbirstanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə, sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim…"

Miras qalmaqalında qızının adı hallansa da, müğənninin qohumu Əli Mirəliyev bu fikirləri təkzib edib:

"Elə bir şey yoxdur. İlhamə heç vaxt əsl ana olmayıb. Onun uşağı olmayıb".

1994-cü ildə Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edir, oxumağa yox, susmağa üstünlük verir. Bu susqunluq İlhamə xanıma da təsir edir, o da bir müddət öz dünyasına çəkilir. Günlərin bir günü bəstəkar Faiq Sücəddinov İlhamə xanıma zəng edir: "İlhamə, səninçün yeni mahnılar yazmışam". İlhamə xanım isə oxumaq arzusunda olmadığını deyir. Faiq Sücəddinov "Neylərsən" mahnısını pianoda çalmağa başlayır. Mahnı onu təsirləndirir. "Neylərsən" İlhamə Quliyevanın yaradıcılığında dönüş nöqtəsi olur.

İlhamə Quliyeva Flora Kərimova ilə küsülü olub?

İlhamə Quliyeva sağlığında bir çox həmkarı ilə küsülü olub. Onun adı tez-tez Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahanla müxtəlif qalmaqallarda hallanıb. Hətta o, Nazpəri Dostəliyevaya məhkəmədə qalib gəlib və ondan iyirmi beş min manat pul alıb. 

İlhamə Quliyeva nə vaxt vəfat edib?

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edir.
26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilir…(kulis.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv