Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək

Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək






presstv

"Presstv"az #Azərbaycan, #İdman, #Leyla Əliyeva, #Macarıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında təmsil edəcək cüdoçular müəyyənləşib.

presstvaz xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumnat yayıb. 

Mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək.

Milli üzvləri performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.

Laslo Papp İdman Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 13-19 iyun tarixlərində, qarışıq komanda yarışı isə 20 iyunda baş tutacaq.
Turnirdə kişi cüdoçulardan Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) mübarizə aparacaq. 

Qarışıq komanda yarışında isə Aytac Qardaşxanlı və Günel Həsənli (70 kq) bacarıqlarını göstərəcək.

Qeyd edək ki, dünya çempionatı 13-20 iyun tarixlərində təşkil olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv