"VİA Qra" qrupu fəaliyyətini dayandırdı

"VİA Qra" qrupu fəaliyyətini dayandırdı






presstv

"Presstv"az #Kiyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"VIA Qra" musiqi qrupu 25 ildən sonra fəaliyyətini dayandırıb.

presstvaz xəbər verir ki, bu barədə məşhur prodüser və bəstəkar Konstantin Meladze instaqram səhifəsində məlumat yayıb. O, "VIA Qra"nın sonuncu mahnısı "Galileo"nu təqdim edərək bunları yazıb:

"25 il ərzində bu layihədə mənimlə birlikdə çalışan hər kəsə – müğənnilərə, musiqiçilərə, administratorlara, aranjimançılara, səs rejissorlarına, rejissorlara, stilistlərə, vizajistlərə təşəkkür edirəm. Bu, gözəl bir dövr idi, lakin bu dövr üçün nostalji hiss etmirəm".

Qeyd edək ki, 2000-ci ildə Kiyevdə yaradılan "VIA Qra" qrupu 25 il ərzində postsovet məkanının ən populyar qadın musiqi layihələrindən biri olub. Bu müddət ərzində qrupun tərkibi dəfələrlə dəyişib, ümumilikdə 20-yə yaxın vokalist qrupda çıxış edib. Qrupun tanınmış solistləri arasında Vera Brejneva, Nadejda Qranovskaya, Anna Sedokova, Svetlana Loboda, Albina Canabayeva, Alyona Vinnitskaya var. (Axşam.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv