Arvadının harada işlədiyini bilməyən ər cəzalandırıldı – Türkiyəli hakimdən misli görünməmiş qərar

Arvadının harada işlədiyini bilməyən ər cəzalandırıldı – Türkiyəli hakimdən misli görünməmiş qərar






presstv

"Presstv"az #Ailə, #Hakim, #Sosial şəbəkələr, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə qeyri-adi məhkəmə prosesi baş tutub. Belə ki, həyat yoldaşının iş yerini bilməyən və onun zənglərinə cavab verməyən şəxs “ailə həyatına biganəlik” səbəbi ilə təqsirli bilinib. Hakim həmin şəxsə qarşı maddi və hüquqi məsuliyyət müəyyənləşdirib.

presstvaz-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qeyri-adi məhkəmə prosesi Antalyada baş verib.

Qadın həyat yoldaşının ona və övladına qarşı laqeyd davrandığını, yatağını ayırdığını, xəbərsiz səyahətlərə çıxdığını, sosial şəbəkələrdə onu blokladığını, bununla yanaşı, ərinin ailəsi tərəfindən həm özünün, həm də uşağının təhqir və təcridə məruz qaldığını əsas gətirərək boşanma iddiası qaldırıb.

Ər isə bu iddialara qarşı heç bir müdafiə təqdim etməyib.

Antalya Ailə Məhkəməsi kişini əsas günahkar sayaraq, cütlüyün boşanmasına qərar verib, uşağın qəyyumluğunu anaya verib və kişini həm uşağın, həm də qadının xeyrinə ayrı-ayrılıqda ayda 1000 lirə (təxminən 43 manat) aliment ödəməyə məcbur edib. Bundan əlavə, qadına əvvəlcə 20 min lirə (təxminən 868 manat) maddi təzminat təyin olunub, daha sonra apellyasiya mərhələsində bu məbləğ 75 min lirəyə (təxminən 3 200 manat) qədər artırılıb.

Kişinin bu qərardan verdiyi apellyasiya şikayəti isə rədd edilib, qərar tam şəkildə qüvvədə saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv