İnsandan daha əvvəl mövcud olan qurğu üzə çıxdı

İnsandan daha əvvəl mövcud olan qurğu üzə çıxdı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Arxeoloji qazıntılar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səhra bölgəsində aparılan arxeoloji qazıntılar zamanı tədqiqatçılar daş və metaldan ibarət, mürəkkəb mexanizmi xatırladan obyekt aşkar ediblər. Tapıntının qeyri-adi strukturu və yaşı alimlər arasında geniş müzakirələrə səbəb olub.

presstvaz-ın pravda.ru-ya istinadən verdiyi məlumata görə, bu artefakt ilk baxışdan müasir texnologiyalara bənzəyir və aid edildiyi dövr üçün olduqca irəlidə görünür.

“Biz belə bir şeyi gözləmirdik”

ABŞ-dən paleotexnoloq, doktor Ceyms Hanter bildirib ki, tapıntı ibtidai dövrə aid sadə alətlərə deyil, dişli çarxı xatırladan mürəkkəb bir qurğuya bənzəyir:

“Bu, bizə məlum olan heç bir qədim icada bənzəmir. Hətta texnologiyaların canlı qazıntısı demək olar”, – deyə o bildirib.

2 milyon illik tarix

İlkin analizlər göstərib ki, obyektin yaşı 2 milyon ildən artıqdır. Qurğu “Homo sapiens” meydana gəlməmişdən çox əvvəl formalaşan çöküntü süxurlarında aşkarlanıb.

Alimlər bölünüb

Pekin Universitetindən professor Lin Xiao bildirib ki, bu cür mürəkkəb strukturların tarixəqədərki dövrdə mövcud olması fikri elmi paradoks yaradır:

“Bu sadəcə qəribə deyil, bu, elmin əsaslarını sorğulayan bir paradoksdur”, – deyə alim təəccübünü ifadə edib.

Mütəxəssislərin bir qismi tapıntının unudulmuş və naməlum texnoloji mədəniyyətə aid olduğunu ehtimal edir. Digər tərəf isə bunu təbiətin təsadüfi formalaşdırdığı struktur kimi qiymətləndirir.

Nə baş verə bilər?

Əgər bu qurğunun insan əli ilə hazırlanması sübuta yetirilərsə, bu, insan zəkasının və texnologiyasının tarixi ilə bağlı təsəvvürlərimizi tamamilə dəyişə bilər.

Mütəxəssislər araşdırmaların davam etdiyini bildirir və bu artefaktın bəşəriyyət tarixini yenidən yazmaq potensialı daşıdığını istisna etmirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv