Finlandiyada ayı istilası: Mübarizə ilə bağlı çağırış edildi

Finlandiyada ayı istilası: Mübarizə ilə bağlı çağırış edildi






presstv

"Presstv"az #Avropa, #Bələdiyyə, #Finlandiya, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Finlandiyanın Şimali Kareliya bölgəsinin 7 bələdiyyəsi və ölkənin şərqində yerləşən Kuxmo şəhəri “ayı problemini ciddiyə almağa” çağıran petisiya dərc ediblər. Sakinlər hakimiyyət orqanlarından bu ərazidə ayı ovuna icazə verilməsini tələb ediblər.

presstvaz xəbər verir ki, bu barədə “Yle” teleradio şirkəti məlumat verib.

Qeyd edək ki, 2024-cü ildə Finlandiya Vəhşi Təbiətin Mühafizəsi Mərkəzi tərəfindən verilən ov icazələrinə məhkəmədə etiraz olunub. Finlandiya hökuməti hazırda ovçuluq haqqında qanuna düzəlişləri müzakirə edir. Bu düzəlişlər ayı, canavar və vaşaqlara atəş açmaq üçün ov təsərrüfatlarına icazə verilməsi prosedurunu sərtləşdirir.

Bu gün həmin heyvanlar Avropa İttifaqı Şurasının 21 may 1992-ci il tarixli Direktivinə uyğun olaraq ciddi şəkildə qorunurlar. Hazırda Finlandiya hökuməti ən azı canavar üçün mühafizə statusunun azaldılması üzərində işləyir, lakin Şərqi Finlandiyada ayılarla bağlı daha ciddi problemin olduğu bildirilir.

Bu yaz Finlandiya sakinlərinə xəbərdarlıq edilib ki, təkcə həmin ərazilərdə deyil, həm də Suominin müxtəlif yerlərində ayıların görünməsinə hazır olmaq lazımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv