İndiyədək 263 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib

İndiyədək 263 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 11 müraciət daxil olub.

presstvaz xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan səkkizinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 263-ə çatıb.

“Startap” şəhadətnamələri “İmza İdea Lab” MMC-nin süni intellekt əsaslı hədiyyə axtarışı və satışı platforması, “Baysart” MMC-nin qızılın alqı-satqısı və saxlanması üçün rəqəmsal platforma, “NM Soft” MMC-nin bulud əsaslı rəqəmsal klinika idarəetmə sistemi, “SALAMXPERT” MMC-nin süni intellekt əsaslı müəssisə resursları planlaşdırılması platforması, “AL Digital” MMC-nin qızıl və zərgərlik məhsulları üçün onlayn marketpleys, “TTC Service” MMC-nin “VmV App” brendi altında VPN servis xidməti, “Narchin” MMC-nin rəqəmsal yük daşıma platforması, “RR Company” MMC-nin onlayn hüquq xidmətləri üçün mobil tətbiq layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv