Aleksandar Vuçiç İlham Əliyevi təbrik edib

Aleksandar Vuçiç İlham Əliyevi təbrik edib






presstv

"Presstv"az #Aleksandar Vuçiç, #Azərbaycan, #İlham Əliyev, #Serbiya, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz     President.Az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizin firavanlığı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.

Serbiya Respublikası Azərbaycan Respublikası ilə ilk gündən qarşılıqlı etimada, ehtirama və hörmətə, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl şəkildə riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətinizi yüksək qiymətləndirirəm. Görüşümüzü səbirsizliklə gözləyirəm və fəxr edirəm ki, bizi dostluq münasibətləri ilə yanaşı, strateji tərəfdaşlıq da birləşdirir. Əminəm ki, Strateji Tərəfdaşlıq Şurasının qarşıdan gələn Birinci Sessiyası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Serbiya Respublikasının bütövlüyünü qorumaq, Kosovo və Metoxiya məsələsini sülh yolu ilə və diplomatik vasitələrlə həll etmək istiqamətində səylərini prinsipial və qəti şəkildə dəstəklədiyiniz üçün Azərbaycan Respublikasına və şəxsən Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Zati-aliləri, əmin olun ki, Serbiya Respublikası da öz növbəsində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirəcək.

Möhtərəm cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv